“Qəbələ” “Qarabağ”a, “Sumqayıt” “Zirə”yə qarşı - Azərbaycan kuboku
Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. SİA-nın məlumatına görə, final uğrunda mübarizəyə Qəbələdə start veriləcək.
Şəhərin eyniadlı komandası "Qarabağ"ı qəbul edəcək. Ağdam təmsilçisi bu mövsüm Premyer Liqada keçirilən 4 oyunun hamısında "qırmızı qaralar"a qalib gəlib.
Günün digər oyununda isə "Zirə" "Sumqayıt"ın qonağı olacaq. Premyer Liqamızda uğursuz mövsüm keçirən hər iki komanda kuboku qazanmaqla bunu unutdurmağa çalışır. "Zirə" tarixində ilk dəfə yarımfinalda oynayacaq.
Qeyd edək ki, komandalar arasında cavab matçı mayın 7-də keçiriləcək.
23 aprel (çərşənbə axşamı)
16:00.“Qəbələ” - “Qarabağ”
Hakimlər:Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Kamal Umudlu
Qəbələ şəhər stadionu
18:30.“Sumqayıt” - “Zirə”
Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rövşən Rəcəbov
“Kapital Bank Arena”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB