"Yuventus" Joao Feliksin transferi üçün hərəkətə keçib

"Yuventus" Joao Feliksin transferi üçün hərəkətə keçib

"Yuventus" "Benfika"nın gənc ulduzu Joao Feliksin transferi üçün hərəkətə keçib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Turin klubu 19 yaşlı futbolçunun transferinə Kriştiano Ronaldonu da cəlb edib. Portuqaliyalı ulduz klub rəhbərliyinə gənc həmyerlisini razı salmaqda kömək etməyə çalışacaq.

"Benfika" Feliks üçün 120 milyon avro tələb edir. "Mançester Siti" bu məbləği ödəməyə hazır olduğunu bildirib. "Yuventus" isə qiyməti aşağı salmağa çalışır. Gənc futbolçu özü isəRonaldo ilə eyni komandada oynamaq istəyir.

Qeyd edək ki, 19 yaşlı hücumçu bu mövsüm oynadığı 38 matçda 16 qol vurub və 9 məhsuldar ötürmə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə