Doqquz futbolçu "Qarabağ"ı tərk edib

Doqquz futbolçu "Qarabağ"ı tərk edib

"Qarabağ" klubu Antalyada təlim-məşq toplanışını davam etdirir. Siasport.az saytı xəbər verir ki, bu gündən etibarən komanda hazırlığın sonuna qədər tam heyətlə hazırlaşa bilməyəcək. Belə ki, milli komandaların toplanışı ilə əlaqadər 9 futbolçu Ağdam təmsilçisindən ayrılıb. Artıq Antalyada təlim-məşq toplanışına başlayan U-21 millisinə dünən Osman Umarov, Tural İsgəndərov, Murad Səttarlı yollanıb. Adıçəkilən futbolçular bu səbəbdən dünən "İliçivets"lə baş tutan yoxlama oyununda çıxış edə bilməyiblər. U-21-ə çağrılmış digər futbolçu Qara Qarayev isə dünənki yoxlama oyunundan sonra millinin düşərgəsinə yollanıb.

Eyni zamanda 5 futbolçu Dubayda keçiriləcək əsas millinin təlim-məşq toplanışına yola düşüb. Dünən gecə Maksim Medvedev, Samir Abasov, Rauf Əliyev, Elvin Məmmədov, Vüqar Nadirov Antalya – İstanbul – Dubay reysiylə BƏƏ-yə yollanıblar.

Beləliklə, komanda çempionatın startına qədər 9 əsas futbolçu olmadan çalışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə