Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında keçirilən "Çempionlar" turnirinə yekun vurulub. SİA-nın məlumatına görə, yarışın son günündə 3 medal əldə olunub. Sərbəst güləşçimiz Fuad Mayılov (86 kq) üçüncü yeri tutub. Qızlardan Birgül Soltanova (57 kq) gümüş, Yasəmən Məcidli (50 kq) isə bürünc medal qazanıb. Beləliklə, "Çempionlar" turnirində medallarımızın sayı 11-ə çatıb.
Xatırladaq ki, daha öncə Ceyla Nağızadə (65 kq), Turan Bayramov (65 kq) və Abubakr Abakarov (79 kq) qızıl, Elmar Kazımovla (70 kq) Asxab Həmzətov (92 kq) gümüş, Ayşən Yusifova (53 kq), Jalə Əliyeva (62 kq) və Sənan Əliyev (97 kq) bürünc medalın sahibi olub.
Yekunda 2 qızıl, 2 gümüş, 2 bürünc medal əldə edən sərbəst güləş üzrə yığmamız komanda hesabında 2-ci, 1 qızıl, 1 gümüş və 3 bürünc medalı hesabına yazan qızlardan ibarət millimiz isə 3-cü yeri tutub.
Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakim Tural Əliyev ədaləti qoruyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB