“Başakşəhər” xal itirdi, “Fənərbaxça” uduzdu

“Başakşəhər” xal itirdi, “Fənərbaxça” uduzdu

Futbol üzrə Türkiyə Superliqasının XXIX turu çərçivəsində “Başakşəhər” doğma meydanda “Rizəspor”u qəbul edib.“Fateh Terim” stadionunda baş tutan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Görüşün 62-ci dəqiqəsində “Rizəspor”un hücumçusu Vedat Muriqi hesabı açıb. İstanbul klubu isə 90-cı dəqiqədə Edin Viskanın onbirmetrlik cərimə zərbəsindən vurduğu qolla hesabı bərabərləşdirib. Beləliklə “Başakşəhər” və “Rizəspor” oyununda qalib müəyyənləşməyib. Hal hazırda “Başakşəhər” turnir cədvəlinə 62 xalla liderlik edir.

Günün digər oyununda isə “Alanyaspor” səfərdə “Fənərbaxça”nı 1:0 hesabla məğlub edib. Oyunda yeganə qolu 57-ci dəqiqədə “Alanyaspor”un hücumçusu Efecan Karaca vurub.“Ankaragücü” ilə “Konyaspor” matçında isə qapılara qol vurulmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə