Qullit: “Artıq Qvardiolanın Messisi yoxdur”

Qullit: “Artıq Qvardiolanın Messisi yoxdur”

Hollandiyalı keçmiş futbol ulduzu, Rusiyanın “Terek” klubunun baş məşqçisi işləmiş Ruud Qullit Pep Qvardiolanın rəhbərlik etdiyi İngiltərənin “Mançester Siti” klubunun UEFA-nın Çempionlar Liqası turnirini tərk etməsi barədə fikirlərini bildirib.

Məşhur holland deyib: “Qvardiola Çempionlar Liqası turnirini uda bilməyəcək. Çünki artıq onun Messisi yoxdur. Bu oyunçu meydanda böyük fərq yaradır. Pep “Bavariya”nı çalışdırarkən bu turniri udmağa yaxın idi. Lakin sonda alınmadı. “Bavariya” ilə Bundesliqanı udmaq nailiyyət deyil, çünki onlar bu turniri, demək olar ki, hər il udurlar”.

Qullit Messi haqqında isə bunları deyib: “”Barselonada çətin oyunlar zamanı ön plana Messi çıxırdı. Qvardiolanın dövründə bir çox matçlarda o, həyati əhəmiyyətli vacib oyunçu idi. Mən Qvardiolaya görə çox üzülürəm. Çünki onun həyacan və motivasiyasını görürəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə