"Arsenal"ın baş məşqçisi: "Etiraf edək ki, "Neftçi" güclü klubdur"

"Arsenal"ın baş məşqçisi: "Etiraf edək ki, "Neftçi" güclü klubdur"

"İki fərqli hissə izlədik. Birinci hissədə "Neftçi" daha çox hücumda olurdusa, fasilədən sonra təzyiqi artırıb, tədricən mübarizəni bərabərləşdirdik. Hətta buraxılan qollardan birinin əvəzini də çıxa bildik". Siasport.az saytı xəbər veir ki, bu sözləri "Neftçi" klubunun rəsmi saytına açıqlamasında Ukrayna "Arsenal"ının baş məşqçisi Yuri Bakalov deyib.

Onun rəhbərlik etdiyi kollektiv Antalyada keçirilən yoxlama matçında flaqmana 1:2 hesabı ilə məğlub olub. Bakalov "Neftçi"nin güclü olduğunu vurğulayıb: "Etiraf edək ki, "Neftçi" güclü klubdur. Komanda yaxşı təşkilatlanıb, texnikalı, sürətli oyun nümayiş etdirir. Amma nəzərə almaq lazımdır ki, indi biz hazırlığın müxtəlif mərhələlərindəyik. Əgər "Neftçi" əsas hazırlıq mərhələsindədirsə, bu, bizim ilk təlim-məşq toplanışımızdır. Hər halda, maraqlı oyun oldu. "Neftçi"yə qarşıdakı yarışlarda uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə