Topaz Premyer Liqada 25-ci turun ikinci oyunu keçirilib.
SİA-nın məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda “Keşlə” “Qarabağ”ın qonağı olub.
Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ”ın qollarına 18-ci dəqiqədə Slavço Slavçev, 59-cu dəqiqədə Riçard Almeyda və 75-ci dəqiqədə Abdullah Zubir imza atıblar.
Bu qələbə ilə xallarının sayını 57-yə çatdıran “Qarabağ” liderliyini möhkəmləndirib. “Keşlə” isə 19 xalla çempionatın sonuncusudur.
Qeyd edək ki, tura sabah keçiriləcək “Qəbələ”–“Zirə” və “Sabah”–“Neftçi” oyunları ilə yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB