"Barselona" Matteys de Liqti transfer edəcək

"Ajaks"ın kapitanı Matteys de Liqtin yeni komandasının adına böyük ölçüdə aydınlıq gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, gənc müdafiəçi karyerasını "Barselona"da davam etdirməyə hazırlaşır.

Futbolçu ilə bir müddət əvvəl anlaşan kataloniyalılar "Ajaks"la da bu transferdə ortaq məxrəcə gəlib. Klublar arasındakı razılığa əsasən, "Barselona" 19 yaşlı oyunçunu 75 milyon avroya heyətinə qatacaq.

Qeyd edək ki, "Ayaks"ın yarımmüdafiəçisi Frenki de Yonqun yayda "Barselona"ya keçəcəyi dəqiqdir.

Bütün xəbərlər Facebook səhifəmizdə