"AS" nəşri: "Məhəmməd Salah "Liverpul"dan gedir"

"Liverpul"un futbolçusu Məhəmməd Salah mövsümün sonunda komandanı tərk edə bilər. "AS" nəşrinin yazdığına görə, misirli futbolçu yayda başqa komandanın formasını geyinməkdə israrlıdı. Baş məşqçi Yurgen Kloppla arasında qalmaqal yarandığından Salah rəhbərliyə öz arzusu ilə komandadan getmək istədiyini çatdırıb.

"Liverpul"a 2017-ci ildə keçən 26 yaşlı futbolçunun müqaviləsi 2023-cü ildə başa çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə