Karlos Keyruş FIFA-ya şikayət edib

Futbol üzrə İran millisinin sabiq baş məşqçisi Karlos Keyruş FIFA-ya şikayət edib. Belə ki, 2011-2019-cu illərdə İran millisini çalışdıran 66 yaşlı portuqaliyalı mütəxəssis bir neçə aylıq maaşının ödənilmədiyini bildirib. Karlos Keyruş İran Futbol Federasiyasından altı aylıq maaşını ala bilmədiyini qeyd edib.

K.Keyruş 2011-2019-cu illərdə İran millisini çalışdırıb. O, hazırda Kolumbiya yığmasının baş məşqçisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə