"Mançester Yunayted"in kapitanı Eşli Yanq Çempionlar Liqasının 1/4 final mərhələsinin "Barselona" ilə cavab oyunundan (0:3) sonra ingilis azarkeşlər tərəfindən "Tvitter"də irqçi təhqirlərə məruz qalıb. Britaniya mətbuatının yazdığına görə, "qırmızı şeytanlar"ın fanatları qaradərili futbolçunu "meymun" adlandırıblar. Azarkeşlərdən biri isə onun haqda "lənətə gəlmiş zənci" yazıb. Bu hadisədən sonra müvafiq qurumlar qaradərili oyunçulara qarşı ayrı-seçkiliyin dayandırılması üçün "Tvitter" rəhbərliyini ciddi tədbirlər görməyə çağırıb.
Qeyd edək ki, cavab matçında "Barselona"ya 0:3 hesabı ilə uduzan "Mançester Yunayted" Çempionlar Liqasında mübarizəni dayandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB