Baş məşqçi dəyişikliyindən sonra heyətini bir neçə futbolçu ilə gücləndirən "Şuşa" klubu bu gün növbəti yoldaşlıq oyununu keçirib. Siasport.az saytı xəbər verir ki, I divizionda mübarizə aparan "Şuşa"nın rəqibi Premyer Liqanın autsayderi "Simurq" komandası olub. Matç "Şəfa" stadionunda baş tutub. Oyunun ilk hissəsində zaqatalıların ilk hücumu qolla nəticələnib və "Simurq" minimal hesabla qələbə qazanıb-1:0.
Xatırladaq ki, "Şuşa" ilk sınaq matçını "Bakı"nın əvəzedici heyətinə qarşı keçirmişdi. Qarşılaşma 1:0 hesaı ilə paytaxt klubunun xeyrinə başa çatmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB