Azərbaycanlı boks hakimi beynəlxalq təyinat alıb

Azərbaycanlı boks hakimi beynəlxalq təyinat alıb

Azərbaycanlı boks hakimi Anar Babanlı beynəlxalq təyinat alıb. SİA-nın məlumatına görə, referi Asiya çempionatının görüşlərində ədaləti qoruyacaq.

Bu gün start götürəcək yarış Taylandın paytaxtı Banqkokda keçiriləcək. AİBA-nın hakimlik üzrə 3 ulduz kateqoriyasına daxil olan təmsilçimiz qitə birinciliyinə Asiya Boks Konfederasiyası tərəfindən neytral referi kimi dəvət alıb.

Yarış aprelin 28-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə