Xəbər verdiyimiz kimi, portuqaliyalı futbolçu Kriştiano Ronaldonun komandası Çempionlar Liqasını tərk edib. SİA-nın məlumatına görə, Ronaldonun çıxış etdiyi "Yuventus" klubu 1/4 final mərhələsində 1:2 (iki görüşün cəmi üzrə 2:3) hesabı ilə "Ayaks"a uduzub.
Qarşılaşmanın 28-ci dəqiqəsində hesabı K.Ronaldo açıb. Lakin "Yuventus" bu hesabı qoruya bilməyib. İlk qoldan 6 dəqiqə sonra Donni van de Beek hesabı bərabərləşdirib. Oyunun ikinci hissəsində kapitan Matteys De Liqt "Ayaks"ın qələbə qoluna imza atıb.
Bununla da portuqaliyalı futbolçu karyerasında ilk dəfə komandası ilə Çempionlar Liqasının 1/4 final mərhələsində yarışı tərk edib.
Daha əvvəl Ronaldo 2010/11-ci illər mövsümündən başlayaraq daim "Real Madrid"lə Çempionlar Liqasının yarımfinallarında oynayıb. Buna qədər isə portuqaliyalı 2006-cı ildən 2009-cu ilə qədər "Mançester Yunayted"lə üç dəfə ən güclülərin dördlüyünə çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB