Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 finalın cavab oyunları çərçivəsində "Barselona" - "Mançester Yunayted" (3:0) matçında ilk yarıda dubl edən Lionel Messi qarşılaşmadan sonra UEFA-nın saytına açıqlama verib. SİA-nın məlumatına görə, o, ilk 5 dəqiqədə bir qədər əsəbi olduqlarını bildirib: "Sonradan qollar vurduq və diqqətçəkən oyun sərgilədik. Hər şey əla alındı. Bu görüşdə özümüzə bənzədik, kim olduğumuzu ortaya qoya bildik”.
Qeyd edək ki, "Barselona” yarımfinalda "Liverpul” - "Portu” cütünün qalibi ilə üz-üzə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB