Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq. SİA-nın məlumatına görə, bununla da yarımfinala vəsiqə qazanan son iki komanda müəyyənləşəcək.
İlk görüşdə evdə “Portu”nu 2:0 hesabı ilə məğlub edən “Liverpul” artıq növbəti mərhələnin bir addımlığındadır. Çətin ki, Yurgen Kloppun komandası cavab görüşündə üstünlüyünü əldən versin.
Gecənin əsas oyunu ingilis klubları arasında olacaq. İlk oyunda səfərdə “Tottenhem”ə minimal hesabla uduzan “Mançester Siti” doğma meydanda məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. “Şəhərlilər” yarımfinala adlamaq istəyirlərsə, London klubuna ən azı 2 top fərqilə qalib gəlməlidirlər.
Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, “Portu” - “Liverpul” cütünün qalibi yarımfinalda “Barselona”, “Mançester Siti” – “Tottenhem” cütünün qalibi isə “Ayaks”la qarşılaşacaq.
Çempionlar Liqası
1/4 finalın cavab oyunları
17 aprel
23:00. “Portu” - “Liverpul”
İlk oyun – 0:2
23:00. “Mançester Siti” - “Tottenhem”
İlk oyun – 0:1
16 aprel
“Barselona” - “Mançester Yunayted” 3:0
Qollar: L. Messi, 16, 20, F. Koutinyo, 61
“Yuventus” - “Ayaks” 1:2
Qollar: K. Ronaldo, 28, D. van de Bek, 34, M. de Lixt, 67
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB