"Liverpul" "Portu" ilə cavab oyunu üçün heyəti açıqlayıb

"Liverpul" "Portu" ilə cavab oyunu üçün heyəti açıqlayıb

"Liverpul"un UEFA Çempionlar Liqasının 1/4 finalında "Portu" ilə cavab oyunu üçün heyəti müəyyənləşib. Klubun saytında yer alan məlumata görə, heyətdə 21 futbolçunun adı yer alıb:

Qapıçılar: Alison, Minyole, Kelleher

Müdafiəçilər: Van Deyk, Qomes, Moreno, Robertson, Matip, Aleksander-Arnold

Yarımmüdafiəçilər: Fabinyo, Veynaldum, Milner, Keyta, Henderson, Lallana, Şakiri

Hücumçular: Firmino, Salah, Staric, Mane, Oriqi

Qeyd edək ki, "Liverpul" "Portu" ilə sabah "Enfild"də qarşılaşacaq. İngiltərə klubu səfərdə keçirilən ilk görüşdə 2:0 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə