"Mançester Yunayted" "Barselona"nın futbolçusu Filipp Koutinyonu transfer etməməyə qərar verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, klub rəhbərliyi Çempionlar Liqasının 1/4 finalında Kataloniya təmsilçisi ilə ilk oyundan sonra bu fikrə düşüb. Belə ki, sözügedən matçda braziliyalı yarımmüdafiəçi meydana çıxan zaman ingilis azarkeşlər sərt reaksiya veriblər. Onlar Koutinyo topa toxunan zaman oyunçunu fitə basıblar. Rəhbərlik 25 yaşlı futbolçunun "Liverpul"da oynamasını əsas gətirərək, azarkeşlərin də bu keçidə qarşı çıxacağını hesab edərək Koutinyonu almaqdan imtina edib.
Qeyd edək ki, Koutinyo bu mövsüm 30 matçda 5 qol vurub, 2 qol ötürməsi verib. O, 2013-2018-ci illərdə "Liverpul"da oynayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB