Futzal millimiz Serbiyanı məğlub edib

Futzal millimiz Serbiyanı məğlub edib

Futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. "Report" xəbər verir ki, Zrenjanin şəhərindəki “Kristal Zal”da Serbiya yığması ilə qarşılaşan komandamız 2:1 hesabı ilə qələbə qazanıb.

Millimizin qollarını Fineo de Araujo və Sezar Conatan vurub. Bu komandalar arasında növbəti oyun aprelin 16-da, Bakı vaxtı ilə saat 20:00-da Pozarevaç şəhərindəki idman mərkəzində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə