Azərbaycan Kubokunda yarıminalın ilk oyunları keçiriləcək

Azərbaycan Kubokunda yarıminalın ilk oyunları keçiriləcək

Futbol üzrə Azərbaycan Kubokunda yarıminal mərhələsinin ilk oyunlarının proqramı müəyyənləşib. SİA-nın məlumatına görə, hər iki görüş eyni gündə paytaxtdan kənarda təşkil olunacaq. Əvvəlcə Qəbələdə eyniadlı komanda ilə "Qarabağ" üz-üzə gələcək. Daha sonra "Sumqayıt" "Zirə"ni qəbul edəcək. Qarşılaşmalar “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, cavab görüşləri mayın 1-də baş tutacaq.

Azərbaycan Kuboku

Yarımfinal, ilk oyun

23 aprel (çərşənbə axşamı)

16:00. Qəbələ – Qarabağ

Qəbələ şəhər stadionu

18:30. Sumqayıt – Zirə

Sumqayıt, “Kapital Bank Arena”.

Bütün xəbərlər Facebook səhifəmizdə