29-30 yanvar 2011-ci il tarixdə Türkiyənin İstanbul şəhərində Vehbi Emrenin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. Siasport.az saytı xəbər veir ki, yunan-Roma güləşi üzrə böyüklər arasında 29-cu dəfə keçiriləcək turnirdə Azərbaycan yığma komandası da iştirak edəcək.
Komandamız turnirə baş məşqçi Fərid Mansurov və böyük məşqçi Akif Əliyevin rəhbərliyi altında yola düşəcək. Heyətdə Elçin Əliyev, Orxan Əhmədov, Eldəniz Əzizli (hamısı 55 kq), Orxan Paşayev, Kamran Məmmədov (hər ikisi 60 kq), Rüstəm Əliyev (66 kq), Rafiq Hüseynov, Toğrul Yunuslu (hər ikisi 74 kq), Saman Təhmasibi, Şəhriyar Məmmədov (hər ikisi 84 kq), Şalva Qadabadze (96 kq), Maksim Proxorov (120 kq) yer alıb.
AGF Hakimlər Kollegiyasının sədri, olimpiya dərəcəli hakim Əjdər Cəfərov görüşlərin idarə edilməsinə xalça rəhbəri kimi, olimpiya dərəcəli hakim Hicran Şərifov isə FİLA nümayəndəsi kimi nəzarət edəcək.
Turnirin proqramına əsasən, yanvarın 29-da 55, 66, 84 və 120 kq, yanvarın 30-da 60, 74 və 96 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB