Futbol üzrə İtaliya A Seriyasında 32-ci tura yekun vurulub. SİA-nın məlumatına görə, son oyun günündə 6 qarşılaşma oynanılıb. Çempionlar Liqasına vəsiqə uğrunda yarışan "Napoli" və "İnter" turu qələbə ilə başa vurublar. Neapollular səfərdə "Kyevo"nu, milanlılar isə "Frazinone"ni eyni - 3:1 hesabı ilə məğlub ediblər.
Qeyd edək ki, 32 turdan sonra turnir cədvəlinin zirvəsində 84 xalla "Yuventus" qərarlaşıb. 67 xalı olan "Napoli" 2-ci, 60 xallı "İnter" isə 3-cüdür.
14 aprel
"Torino" - "Kalyari" - 1:1
Qollar: S. Zaza, 52 (1:0), L. Pavoletti, 75 (1:1)
"Fiorentina" - "Bolonya" - 0:0
"Sampdoriya" - "Cenoa" - 2:0
Qollar: Q. Defrel, 3 (1:0), F. Kualiyarella, 53-penalti (2:0)
"Sasuolo" - "Parma" - 0:0
"Kyevo" -"Napoli" - 1:3
Qollar: X. Kolibali, 15 (0:1), 81 (0:3), A. Milik, 64 (0:2), B. Sezar, 90 (1:3)
"Frazinone" - "İnter" - 1:3
Qollar: R. Naynqqolan, 19 (0:1), İ. Perişiç, 37-penalti (0:2), F. Kassata, 61 (1:2), M. Vesino, 90
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB