UNEC voleybol komandası Super Liqaya vəsiqə qazanıb

UNEC voleybol komandası Super Liqaya vəsiqə qazanıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) idman zalında qadın voleybolçular arasında birici Liqa Yarışlarına yekun vurulub. Final mərhələsində əvvəlcə üçüncü yer uğrunda görüşdə “Xətai” və “Gəncə” komandaları üz-üzə gəliblər. Rəqibini 3:1 hesabı ilə məğlub edən “Xətai” komandası yarışın bürünc medalına sahib olub.

Final görüşündə UNEC və “Azərreyl” komandaları qarşılaşıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda UNEC 3:0 hesabı ilə üstün gələrək yarışın qalibi adını qazanıb. Həmçinin universitet təmsilçisi Azərbaycan Super Liqasına vəsiqə əldə edib.

Oyunlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. UNEC-in rektoru, professor Ədalət Muradov mükafatçıları təbrik edərək, onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə