Futbol üzrə Türkiyə Superliqasının XXVIII turunda İstanbul derbisi keçirilib. SİA-nın məlumatına görə, “Qalatasaray” səfərdə “Fənərbağça”nın qonağı olub. Sayca 389-cu olan derbidə “Fənərbağça” 147 dəfə, "Qalatasaray” isə 122 dəfə qalib olub. 120 matçda isə qalib müəyyənləşməyib.
“Şükrü Saracoğlu” stadionunda reallaşan qarşılaşma hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Görüşün 44-cü dəqiqəsində “Fənərbağça”nın futbolçusu Hasan Ali Kaldırım qırmızı vərəqə alaraq komandasını meydanda bir nəfər azlıqda qoyub. Qonaqlar bundan istifadə edərək 66-cı dəqiqədə Henri Onyekurinin vurduğu qolla hesabı açıblar. Lakin meydan sahibləri 71-ci dəqiqədə Elif Elmasın vurduğu qolla hesabı bərabərləşdiriblər. Oyun 1:1 hesabı ilə başa çatıb.
Bu nəticədən sonra “Qalatasaray” turnir cədvəlində 58 xalla 2-ci pillədə qərarlaşıb. “Fənərbağça” isə 32 xalla 14-cüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB