“Qəbələ” “Keşlə” üzərində qələbə qazanıb

“Qəbələ” “Keşlə” üzərində qələbə qazanıb

Topaz Premyer Liqada 24-cü turun üçüncü oyunu keçirilib.

SİA-nın məlumatına görə, "ASK Arena"da "Keşlə" "Qəbələ"ni qəbul edib.

Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qəbələ"nin qollarına 46-cı dəqiqədə C.Adeniyi, 60-cı dəqiqədə isə D.Volkovi imza atıblar. Meydan sahiblərindən isə C.Kamara 76-cı dəqiqədə fərqlənərək oyunun yekun hesabını müəyyənləşdirib.

Bu qələbə ilə xallarının sayını 33-ə çatdıran "Qəbələ" 4-cü pillədəki mövqeyini möhkəmləndirib. "Keşlə" isə 19 xalla çempionatın sonuncusu olaraq qalıb.

Qeyd edək ki, tura "Səbail"-"Neftçi" oyunu ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə