Məşhur futbolçuya ağır itki üz verib

Məşhur futbolçuya ağır itki üz verib

Türkiyənin "Beşiktaş" futbol klubunun hücumçusu Burak Yılmazın nənəsi vəfat edib. SİA-nın verdiyi məlumata görə, bu barədə futbolçu "Başakşəhər"lə oyundan sonra jurnalistlərə açıqlamasında deyib. "Bu həftə mənim üçün ağır keçdi. Nənəmi itirdim. Bu gün anamın yanına gedəcəyəm. Bu, ona nə dərəcədə təsəlli olar, bilmirəm. Amma vurduğum qolu ona həsr edirəm". - B.Yılmaz bildirib.

Qeyd edək ki, Burak Yılmaz ötən gün keçirilən "Beşiktaş" və "Başakşəhər" qarşılaşmasında komandasının qələbə qolunu vurub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə