“Qarabağ” “Sabah”a qalib gəlib

“Qarabağ” “Sabah”a qalib gəlib

Topaz Premyer Liqasında 24-cü turun ikinci oyunu keçirilib. SİA-nın məlumatına görə, Tofiq Bəyramov adına Respublika Stadionunda "Qarabağ" "Sabah"ı qəbul edib. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ"ın qollarına 10-cü dəqiqədə Riçard Almeyda, 60-cı dəqiqədə Filip Ozobiç və 77-ci dəqiqədə Mahir Mədətov imza atıblar.

Bu qələbə ilə xallarının sayını 54-ə çatdıran ağdamlılar turnir cədvəlində 1-ci pilləyə yüksəliblər. "Sabah" isə 26 xalla 5-ci yerdəki mövqeyində qalıb.

Qeyd edək ki, tura sabah keçiriləcək "Keşlə" - "Qəbələ" və "Səbail" - "Neftçi" oyunları ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə