Bu gün Azərbaycan Topaz Premyer Liqasında 24-cü tura start verilib.
SİA-nın məlumatına görə, turun ilk oyununda “Zirə” “Sumqayıt”ı qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Zirə”nin qollarına 33-cü dəqiqədə Sezar Rodriqez və matça əlavə olunmuş dəqqələrdə İlkin Qırtımov imza atıblar. Bu qələbə ilə xallarının sayını 25-ə çatdıran “qartallar” 6-cı pillədəki mövqeyini möhkəmləndirib.
Günün ikinci matçında çempionluğa oynayan “Qarabağ” doğma meydanda debütant “Sabah”la qarşılaşacaq.
Qeyd edək ki, tura sabah keçiriləcək “Keşlə”-“Qəbələ” və “Səbail”-“Neftçi” oyunları ilə yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB