"Real"a bəd xəbər: Ramos zədələnib

"Real"a bəd xəbər: Ramos zədələnib

"Real"ın kapitanı Serxio Ramos zədələnib. Klubun saytında yer alan məlumata görə, tibbi müayinədən keçən ispan müdafiəçinin ayaq əzələsində problem aşkarlanıb. Onun yaşıl meydanlara qayıtmağının bərpa prosesinin gedişindən asılı olacağı bildirilib. "Marca" Ramosun La Liqanın 32-ci turunda "Levante" ilə görüşü dəqiq buraxacağını yazıb. Onun təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə