“Qalatasaray” Martin Linneslə yeni müqavilə imzalayıb

“Qalatasaray” Martin Linneslə yeni müqavilə imzalayıb

İstanbulun “Qalatasaray” futbol klubu müdafiəçi Martin Linneslə yeni müqavilə imzalayıb. İstanbul klubunun saytında yer alan məlumata görə, 28 yaşlı norveçli müdafiəçi İstanbul klubu ilə ikiillik müqaviləyə imza atıb. Yeni müqaviləyə əsasən, futbolçu ilinə 1,4 milyon avro qazanacaq.

Qeyd edək ki, Linnes 2016-cı ildən “Galatasaray”da çıxış edir. O, İstanbul klubunun heyətində keçirdiyi 88 oyunda 2 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə