Toni Kroos: "Real"dan getmirəm

"Real"ın futbolçusu Toni Kroos Madrid klubundan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib. O, özünün "Tvitter" hesabı vasitəsi ilə bu iddiaları təkzib edib: "Tamamilə yanlış informasiyadır". Qeyd edək ki, alman yarımmüdafiəçinin Madrid təmsilçisində oynamaq vaxtının artıq başa çatdığı düşündüyünü və yayda klubdan ayrılmaq istədiyi iddia olunurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə