Valentina Matviyenko bədii gimnastika üzrə milli komandamızla görüşüb FOTO

Valentina Matviyenko bədii gimnastika üzrə milli komandamızla görüşüb FOTO

Bu gün Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Milli Gimnastika Arenasında qonaq olub.

Azərbaycan Gimnastika Federasiyasından SİA-ya verilən məlumata görə, Bakıya rəsmi səfəri çərçivəsində bədii gimnastika üzrə milli komandamızın üzvləri ilə görüşən xanım V.Matviyenko başçılıq etdiyi nümayəndə heyəti ilə bərabər gimnastlarımızın çıxışlarını da izləyib.

Sonda V.Matviyenko milli komandanın üzvləri ilə xatirə şəkli çəkdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə