ÇL-də 1/4 finalın ilk oyunlarının ən yaxşısı müəyyənləşib

ÇL-də 1/4 finalın ilk oyunlarının ən yaxşısı müəyyənləşib

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarının ən yaxşı futbolçusu müəyyənləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İngiltərənin “Liverpul” klubunun braziliyalı hücumçusu Roberto Firmino azarkeşlər arasında aparılan sorğuya əsasən, ən yaxşı oyunçu adına layiq görülüb.

İyirmi beş yaşlı hücumçu bu nominasiyada Heung-Min Son (“Tottenhem”, İngiltərə), Jerar Pike (“Barselona”, İspaniya) və Frenk de Yonqu (“Ayaks”, Hollandiya) qabaqlayıb.

Firmino 1/4 finalda doğma meydanda Portuqaliyanın “Portu” klubunu məğlub etdikləri matçda (2:0) bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, qalib UEFA-nın saytında aparılan səsvermə nəticəsində müəyyənləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə