Futbol üzrə Azərbaycan Premyer Liqasının 24-cü turunda "Zirə"nin qonağı olacaq "Sumqayıt"da itkilər var. SİA-nın məlumatına görə, "gənclik şəhəri" təmsilçisinin heyətində Elvin Məmmədov da sıradan çıxıb. Son məşqdə zədə alan təcrübəli yarımmüdafiəçi sabiq komandasına qarşı oynamayacaq. Onun növbəti turlarda meydana çıxacağı gözlənilir. Aleksey İsayevlə Əfran İsmayılov isə fərdi məşq edir.
Qeyd edək ki, "Zirə" - "Sumqayıt" oyunu aprelin 13-ü, saat 16:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB