19 yaşlı futbolçu Avroliqada rekorda imza atdı

19 yaşlı futbolçu Avroliqada rekorda imza atdı

Avropa Liqasının 1/4 final mərhələsində "Ayntraxt"la keçirilən oyun "Benfika"nın yarımmüdafiəçisi Joao Feliks üçün əlamətdar olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 4:2 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edən və 1 məhsuldar ötürmə verən portuqaliyalı futbolçu bununla Avroliqanın tarixinə düşüb.

O, turnirdə het-trik edən ən gənc oyunçu adına yiyələnib. Buna 19 yaş 152 günlüyündə nail olan futbolçu Marko Pyaçanın Zaqreb "Dinamo"sunda çıxış edərək (19 yaş 219 günlük) "Seltik"ə vurduğu qolla müəyyənləşdirdiyi rekordu qırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə