BŞH uniformalar və akkreditasiyaların verilməsi prosesinə başlayıb -VİDEO- FOTOLAR
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 2019 Formula 1 Azərbaycan Qran Prisinin könüllülərinə və işçi heyətinə uniformalar və akkreditasiyaların verilməsi prosesinə başlayıb. SİA-nın məlumatına görə, iş prosesi ilə tanış olan media nümayəndələrinə açıqlama verən BŞH-nin akkreditasiya üzrə koordinatoru Nərmin Rzazadə mərkəzin aprelin 1-dən fəaliyyətə başladığını bildirib.
O, bu günə qədər 3 min nəfərin akkreditasiya aldığını vurğulayıb: “Ümumilikdə isə 13-14 min nəfəri uniforma və akkreditasiya ilə təmin etmək nəzərdə tutulub. Həmin şəxslər müxtəlif kateqoriyalara bölünür. Buraya könüllülər, podratçı şirkətlər, işçi heyəti, maraşallar və hüquq-mühafizə orqanlarının əməkdaşları aiddir. Məqsədimiz yarışlara qədər sözügedən bütün insanları uniforma və akkreditasiya ilə təmin etməkdir. Mərkəz yarışların son gününə qədər açıq olacaq. Biz hər gün saat 09:00-dan axşam 19:00-dək işləyirik. Aprelin 15-dən isə həftənin 7 günün fəaliyyət göstərəcəyik”.
BŞH-nin İşçi qüvvəsi və insan resursları şöbəsinin rəhbəri İranə Əhmədova isə qeyd edib ki, uniforma və akkreditasiyaların verilməsi prosesinıə 100 nəfərdən çox könüllü cəlb edilib: “Ümumilikdə yarışlarda 3 min könüllü iştirak edəcək. Bu il xaricdən gələn 50 nəfərədək könüllüyə də akkreditasiya veriləcək. Bu könüllülər Amerika, Almaniya, Hollandiya, Çin, Avstraliya və digər ölkələrdən gəliblər”.
O vurğulayıb ki, könüllülər üçün il ərazində çoxsaylı tədbirlər həyata keçirilir: “Bu il motivasiya planı çərçivəsində ən aktiv 3 könüllü Macarıstan Qran Prisini canlı izləmək şansı qazanacaq. Bu seçim bir neçə mərhələdən ibarət olacaq. Son mərhələdəki imtahandan ən yüksək bal toplayan könüllülər seçilib Macarıstana göndəriləcək”.
Qeyd edək ki, 2019 Formula 1 Azərbaycan Qran prisi aprelin 26-28-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB