Dünya çempionu Vüqar Həşimov Şahmat Akademiyasında - FOTOLAR

Dünya çempionu Vüqar Həşimov Şahmat Akademiyasında - FOTOLAR

Ənənəvi "ShamkirChess 2019" superturnirinin iştirakçısı, sabiq dünya çempionu Vişvanatan Anand yarışdan sonra Şəmkirdən Bakıya gələrək Vüqar Həşimov Şahmat Akademiyasında olub. SİA-nın məlumatına görə, akademiyadakı şəraitlə tanış olan hindistanlı şahmatçı uşaqlara seans keçib. Sonda Anand akademiyanın xatirə kitabına ürək sözlərini yazıb.

Azərbaycanı tərk etməzdən öncə dünya çempionu Fəxri Xiyabanda Vüqar Həşimovun məzarını ziyarət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə