"Mançester Yunayted"in futbolçusu Pol Poqba Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə keçirilən görüşdən (0:1) sonra ESPN-ə kiçik müsahibə verib. Fransalı yarımmüdafiəçi “Barselona” ilə “El-Klassiko”da da qarşılaşmaq istəyərdin?" sualından yayınıb.
- Çempionlar Liqasında “Barselona”ya qarşı çıxış etdin. Bu komandaya qarşı “El-Klassiko”da da oynamaq istəyərdinmi?
- Çempionlar Liqasında “Barselona” kimi komanda ilə qarşılaşmaq hər zaman əladır. Düzdür uduzduq, ancaq cavab matçında qalib gəlməyə çalışacağıq.
- “Barselona” ilə “El-Klassiko”da da qarşılaşmaq istəyərdin?
- Bu suala cavab verməyəcəyəm.
- Baş məşqçiniz Ole-Qunnar Sulşer əvvəlki açıqlamalarının birində bildirmişdi ki, səni gələn mövsüm komandada görmək istəmir. “Mançester Yunayted”də qalmaq fikrin var?
- Mən ancaq oyun haqda fikir bildirirəm, başqa şey haqda danışmıram.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB