"Barselona"nın futbolçuları "Atletiko"nun hücumçusu Antuan Qrizmannın Kataloniya klubuna transferinə qarşı çıxıblar. "Cadena Ser" nəşrinin yaydığı xəbərə görə, onlar 28 yaşlı oyunçunu komandada görmək istəmirlər. Futbolçular bu fikirlərini artıq "Barsa" rəhbərliyinə bildiriblər. Qeyd edək ki, Madrid təmsilçisi ilə 2023-cü ilin iyununa kimi müqaviləsi olan Qrizmannın Kataloniya klubuna keçmək istədiyi iddia olunur. Onun təzminat qiymətinin 120 milyon avro olduğu yazılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB