Berni Ekklstoun Azərbaycan Qran Prisinə gələcək

Berni Ekklstoun Azərbaycan Qran Prisinə gələcək

"Mən Formula 1 yürüşlərinin translyasiyasına Londonda baxacağam. Çin Qran-Prisinə getmək istəyirdim, amma sonra fikrimi dəyişdim". SİA-nın məlumatına görə, bu sözləri Formula 1 çempionatı menecmentinin sabiq rəhbəri Berni Ekklstoun jurnalistlərə müsahibəsində deyib. O əlavə edib ki, bir ay əvvəl zəhərlənib və hələ də sağlamlığı tam bərpa olunmayıb. Bu səbəbdən səyahət edə bilmədiyini də diqqətə çatdıran Ekklstoun bildirib ki, Azərbaycan Qran Prisinə gedəcək və Barselonadakı yürüşü də qaçırmayacaq. O, yürüşləri kanadalı avarçəkən Donald Makkenzi ilə birlikdə izləyəcəyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə