Qadın şahmatçılarımız AÇ-də mübarizəyə başlayıblar

Qadın şahmatçılarımız AÇ-də mübarizəyə başlayıblar

Aprelin 11-də Antalyada qadın şahmatçılar arasında Avropa çempionatı start götürüb. SİA-nın məlmatına görə, Azərbaycanı qitə çempionatında 10 şahmatçı - Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Zeynəb və Türkan Məmmədyarovalar, Ülviyyə Fətəliyeva, Xəyalə Abdulla, Fidan Ağasıyeva, Nərmin Söyünlü təmsil edir.

On bir turdan ibarət yarışda ümumilikdə 32 ölkədən 130-dan çox şahmatçı mübarizə aparacaq. Turnir cədvəlinin reytinq favoriti rusiyalı Aleksandra Qoryaçkinadır (2534).

Yarışların mükafat fondu 60 min avrodur.

Turnirə aprelin 21-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə