Pele əməliyyat olunacaq

Sidik kanallarında infeksiya aşkarlanan Pele San-Paulu klinikalarının birində müalicəsini davam etdirir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, üçqat dünya çempionu əməliyyat olunacaq.

Xatırladaq ki, əfsanəvi veteran futbolçunun səhhətində aprelin 2-dən problem yaranıb. O, Fransa səfəri zamanı PSJ-nin gənc ulduzu Kilian Mbappe ilə görüşmüş, ardından halı pisləşdiyindən Parisdəki klinikalardan birinə yerləşdirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə