"Yuventus"un hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasında qollarını sıralamaqda davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, portuqaliyalı forvard "Ayaks"la keçirilən 1/4 final görüşünün ilk hissəsində rəqibi məyus edib.
Bu, 34 yaşlı futbolçunun Çempionlar Liqasında keçirdiyi 161-ci oyunda 125-ci qolu olub. Bu baxımdan öz rekordunu yaxşılaşdıran superulduz turnirin 1/4 final mərhələlərində vurduğu qolların sayını da 24-ə çatdırıb. O, bu toplardan 16-nı son 12 görüşdə vurub.
Qeyd edək ki, "Ajaks" - "Yuventus" matçı 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB