Dortmund "Borussiya"sının U-17 komandasında sərgilədiyi oyunla hər kəsin diqqətini çəkən Yussufa Mukoko böyük məbləğdə müqavilə imzalayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 49 oyunda 76 qola imza atan 14 yaşlı futbolçunu "Barselona" və PSJ başda olmaqla bir çox Avropa nəhəngi heyinə qatmaq istəyir. Amma böyük komandalardan öncə geyim şirkəti onunla müqavilə bağlayıb. Mukoko idman geyim markası "Nike" ilə anlaşma imzalayıb. Kamerun əsilli futbolçu bu müqavilədən 10 milyon avro qazanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB