“Yuventus”dan bərabərlik, "Barselona" İngiltərədən qələbə ilə qayıdır (YENİLƏNİB)
Futbol üzrə Çempionlar Liqasında 1/4 finalın daha iki görüşü keçirilib. “Ayaks” doğma azarkeşlər önündə “Yuventus”u qəbul edib. Sürpriz şəkildə “Real”ı yolundan kənarlaşdıran hollandiyalılar Turin təmsilçisi ilə ev matçında qollu bərabərliyə imza atıb. Səfərdə vurulan top cavab görüşündə "qoca sinyora"nın köməyinə çata bilər.
Günün digər oyunununda isə ÇL-nin əbədi favoriti “Barselona” “Mançester Yunayted”lə üz-üzə gəlib. 13-cü dəqiqədə Luk Şounun avtoqolu qarşılaşmada yeganə olub və "Barselona" çətin səfərdən qələbə ilə qayıdıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB