Mariya Stadnik bu gün qadın güləşçilər arasında start götürəcək Avropa çempionatından öncə yığma komandamıza dəstək nümayiş etdirib. SİA-nın məlumatına görə, zədə səbəbindən Rumıniyanın Buxarest şəhərində təşkil olunan yarışdan kənarda qalan Ukrayna əsilli idmançımız sosial şəbəkədə paylaşım edərək, yığmaya uğurlar arzulayıb: "Qızlar, mən sizin hər birinizə uğurlar arzulayıram. Mənim ürəyim həmişə komanda ilədir”.
Qeyd edək ki, M.Stadnik Avropa çempionatlarında qazanılan qızıl medalların sayına görə Azərbaycan rekordçusudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB