"Yuventus"a şad xəbər: Ronaldo geri dönür!

"Yuventus"a şad xəbər: Ronaldo geri dönür!

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının 1/4 finalında "Ayaks"la ilk oyun üçün heyətdə yer alıb. İtaliya mətbuatının yazdığına görə, o, komandanın bu gün Hollandiyadakı məşqində də iştirak edib. Portuqaliyalı hücumçunun adının "Ayaks"la görüş üçün "18-liy"ə salınacağı gözlənilir. Ancaq komandanın baş məşqçisi Massimiliano Alleqri cavab görüşünü düşünərək 34 yaşlı oyunçunu ehtiyatda saxlamaqla sonradan matça daxil edə bilər.

Qeyd edək ki, Ronaldo AÇ-2020-nin seçmə mərhələsində Portuqaliyanın Serbiyaya qarşı oyununda zədələnmişdi. Bu səbəbdən o, A seriyasında "Empoli", "Kalyari" və "Milan"la görüşləri buraxmalı olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə