Zidan Mbappedən vaz keçir?

PSJ-nin futbolçusu Kilian Mbappenin "Real"a keçidi gerçəkləşməyə bilər. "Don Balon" xəbər verir ki, Madrid klubunun baş məşqçisi Zinəddin Zidan fransalı hücumçunu almamağı düşünür. 46 yaşlı mütəxəssis klubun yay transfer pəncərəsi üçün büdcəsini bir futbolçu üçün xərcləmək istəmir.

"Real"ın Mbappeni almaq üçün 300 milyon avro ödəməli olduğu iddia olunur.

Qeyd edək ki, "Kral klubu"nun Eden Hazard ("Çelsi"), Pol Poqba ("Mançester Yunayted) və Sadio Mane ("Liverpul") ilə maraqlandığı xəbərləri yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə