"Çelsi"nin futbolçusu həbs edilib

"Çelsi"nin futbolçusu həbs edilib

İngiltərənin "Çelsi" klubunun futbolçusu Dani Drinkvater həbs edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, futbolçu ötən gün içkili halda "Range Rover"lə qəza törədib. Hadisə zamanı 2 qadın və 1 kişi yüngül xəsarət alıb.

29 yaşlı yarımmüdafiəçi pul qarşılığında şərti azadlığa buraxılıb. Məhkəmə prosesi 13 maya təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə